İnternet Bankçılığa necə müraciət edə bilərəm?
İnternet Bankçılığa Yapı Kredi Bank Azərbaycanın istənilən filialından heç bir ödəniş etmədən qoşula bilərsiniz.
Müştəri Nömrəmi/ Şifrəmi unutmuşam. Necə öyrənə bilərəm?
Müştəri nömrənizi xatırlamırsınızsa, *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlayaraq öyrənə bilərsiniz.
Şifrəm bloka düşüb. Nə etməliyəm?
Şifrənizi blokdan çıxarmaq və ya yeni şifrə əldə etmək üçün *0444 Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlaya bilərsiniz